İş axtaranların nəzərinə!

İş axtaranların nəzərinə!

Nazirlik məlumat yaydı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu həftə daha 4 rayonda, o cümlədən sentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda əmək yarmarkalarının keçirilməsi planlaşdırır. 

Bu barədə Aktual.az-a nazirlikdən bildirilib. 

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

Qeyd edək ki, cari ilin ötən dövründə Xidmət tərəfindən bölgələrdə 38 əmək yarmarkası keçirilib.

Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2 858 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Xəbər 1028 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR