Rövnəq Abdullayev 50 yaşında FOTOLAR

Rövnəq Abdullayev 50 yaşında      FOTOLAR

Bu gün millət vəkili, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) və AFFA-nın prezidenti Rövnəq Abdullayevin doğum günüdür.

Aktual.az хəbər verir ki,  SOCAR prezidentinin 50 yaşı tamam olur.


Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub.


1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub.


1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb (1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb).


1990-cı ildən "28 May" NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis işləyib.


1991-ci ildən "Xəzərdənizneftqazinşaat" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi olub.


1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifəsində çalışıb.


1997-ci ildən "Xəzərdənizneftqaztikinti"trestinin müdiri vəzifəsində işləyib.


31 mart 2003-cü ildə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib.


2004-cü ilin fevralından "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olub.


2005-ci ildən Milli Məclisin deputatıdır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.


2008-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir.


Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.

Xəbər 1327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR