Sumqayıtda avtomobilin vurduğu piyada yerindəcə ölüb
Martın 19-u saat 08 radələrində Sumqayıt şəhərində Şamaxı rayon sakini Ruzbeh Səidi idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən şəhər sakini Fuad Hüseynovu vurub.
Aktual.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, F. Hüseynov hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.