Millət vəkili Qənirə Paşayeva Pakistanın fəal xanımları ilə məcburi köçkün qadınlardan danışıb.
Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Bakıda Qadın Ticarət və Sənaye Palatasının sədri Şehla Javed Akram, tanınmış ictimai xadim Amna Malik də daxil olmaqla Pakistanın fəal xanımları ilə görüşüb. Onlara Azərbaycanla bağlı, Azərbaycada qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlər bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva onlara qaçqın və məcburu kökün qadınlarıla da bağlı danışıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli bə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın da bütün beynəlxaql platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin də xüsusi rolunu da vurğulayıb. Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana yüksək səviyyədə səfəri, Azərbaycan Presidenti İlham Əliyevlə birgə münasibətlərimizin daha da inkişaf edəcəyi ilə bağlı açıqlamalarının böyük önəmindən danışan millət vəkili Qənirə Paşayeva ölkələrimiz arasında əməkdaşlığın inkişafında hər iki tərəfdən fəal xanımların da üzərinə böyük missiya düşdüyünü deyib. Millət vəkili Qənirə Paşayeva Pakistanlı qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Azərbaycana səfərlərinin və görüşlərinin yüksək səviyyədə keçdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistanın Qadın Ticarət və Sənaye Palatasının sədri Şehla Javed Akram, tanınmış ictimai xadim Amna Malik və heyət üzvləri münasibətlərimizin daha da inkişafı bizi məmun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Onlar Azərbaycanla geniş əməkdaşlıq qurmaq niyyətində olduqlarını, bu istiqamətdə müzakirələr apardıqlarını və yaxın zamanlarda ortaq layihələrlə çıxış etmək niyyətində olduqlarını bildiriblər və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayevanın Pakistan haqqında yazdığı “Uzaqdakı ən yaxın-Pakistan” kitabını çox yüksək qiymətləndirdiklərini və təşəkkürlərini bildirən Pakistanın Qadın Ticarət və Sənaye Palatasının sədri Şehla Javed Akram, tanınmış ictimai xadim Amna Malik və heyət üzvləri Azərbaycanı da Pakistanda dahada geniş tanıdan layihələrə dəstək verməyə hazır olduqlarını bildiriblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Pakistanlı qonaqlara müəllifi olduğu “Uzaqdakı ən yaxın-Pakistan” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab,materiallar, musiqi albomlarını da hədiyyə edib. Onlar da öz növbəsində millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətdə dəstəyinə görə xüsusi plaket təqdim ediblər.