Azərbaycan rəsmiləri Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində verdiyi töhfəyə görə ordenə layiq görülüb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib.
APA-nın məlumatına görə, Rusiya prezidentinin martın 5-i imzaladığı Fərmanda qeyd edilir ki, O. Əsədov və Ə. Həsənov Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə görə ordenə layiq görülüb.