"World Brand Lab” konsaltinq şirkətinin analitikləri ən nüfuzlu şirkətlərin növbəti illik siyahısını dərc ediblər
Lent.az-ın "World Brand Lab” şirkətinə istinadən məlumatına görə, bu, artıq onlar tərəfindən hazırlanan 13-cü siyahıdır.
Namizədlər 3 bənd üzrə qiymətləndiriliblər: bazar payı, brendə loyallığı və qlobal liderliyi. Siyahıya 500 şirkət daxil edilib və onlara "Apple” başçılıq edir.
Daha sonra ilk onluqda "Google”, "Amazon”, "Microsoft”, "Coca-Cola”, "Facebook”, "Mercedes-Benz”, "Walmart”, "General Electric” və "McDonald`s” kimi şirkətlər qərarlaşıb.
Qeyd etmək azımdır ki, siyahıda olan 500 şirkətdən 227-si ABŞ şirkətləridir. Digər ölkələrin siyahıya töhfəsi qismən təvazökardır. Misal üçün, siyahıda 41 Fransa və Böyük Britaniya şirkətlərinin adları var. Çin isə siyahıda 36 şirkətlə təmsil olunub. 500 şirkətdən 27-si siyahıya yeni daxil olunanlardır.
Siyahıdakı şirkətlərin böyük əksəriyyəti - 38-i avtomobil bazarına aiddir. Onlardan 27-si isə media sənayesində çalışan şirkətlərdir.
Aktual.az
Xəbər 354 dəfə oxunub.