"Forbes" jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, siyahı tərtib olunarkən əmək haqqları, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb.
Reytində 1-ci yeri "Real Madrid"in futbolçusu Kriştianu Ronaldu tutub. Portuqaliya yığmasının lideri ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb.
"Barselona"nın ulduz futbolçusu Lionel Messi siyahıda 2-ci yeri tutur. Argentinalı futbolçunun gəliri 81,4 milyon dollar (53,4+28) olub.
Basketbolçu LeBron Ceyms 77,2, tennisçi Roje Federer 67,8 milyon, basketbolçu Kevin Dürant isə 65,2 milyon dollar qazanaraq ilk "5-lik"də qərarlaşıblar.
Aktual.az
Xəbər 1004 dəfə oxunub.