2016-cı il ərzində dünyada, xüsusi ilə münaqişə ocaqlarında ən azı 74 jurnalist öldürülüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, statistikanı bazar ertəsi Sərhədsiz Reportyorlar təşkiları təqdim edib. Jurnalistlərin daha çox öldürüldüyü ölkə ötən ilki kimi yenə də Suriya olub. Burada 19 jurnalist həlak olub. Əfqanıstanda 10, Meksikada 9, İraqda 7, Yəməndə isə 5 jurnalist öldürülüb.
Hüquq müdafiəçilərinin təqdim etdiyi hesabata əsasən, 2016-cı il ərzində ölənlər arasında 9 blogger və KİV-lərlə əməkdaşlıq edən 8 nəfər var.
Təşkilatın baş katibi Kristof Deluarın sözlərinə görə, jurnalistlərə qarşı şiddət getdikcə daha qərəzli olur: "Onlardan bir çoxu məhz jurnalist olduğu üçün hədəf seçilib və öldürülüb”.
2015-ci ildə öldürülən jurnalistlərin sayı 101 nəfər təşkil edib.
Aktual.az
Xəbər 202 dəfə oxunub.