Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin plenar iclasında bu gün müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb.
Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur.