2015-ci ildə Avropaya 1 milyondan çox miqrant gəlib

2015-ci ildə Avropaya 1 milyondan çox miqrant gəlib
  • DÜNYA

Bu il ərzində Avropaya su və quru yolu ilə gələn miqrantların sayı 1 milyonu keçib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Təşkilatın məlumatına görə, ötən illə müqayisədə bu rəqəm dörd dəfə artıb.

Böyük əksəriyyət dəniz yolu ilə sərhədi keçib. Aralarında Suriya, İraq və Əfqanıstandan olan təxminən 800 mindən çox miqrant Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya gəlib.

Məlumatda deyilir ki, 3 695 miqrant bu il ərzində ya suda boğulub, ya da itkin düşüb.

Qeyd edək ki, ötən həftə dərc olunan BMT məruzəsi bu il üçün dünya üzrə evlərini məcburi şəkildə tərk etmək məcburiyyətində olan insanların sayının 60 milyonu ötəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR