2015-ci il üzrə gömrük daxilolmaları 5% artıb

2015-ci il üzrə gömrük daxilolmaları 5% artıb

2015-ci il üçün Dövlət Gömrük Komitəsi (DGK) üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib.

DGK-nın Mətbuat xidmətindən  verilən məlumata görə, ilkin məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,07 faiz yerinə yetirilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çoxdur.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR