2015-ci il üçün Azərbaycan əhalisinin sayı açıqlandı – RƏSMİ

2015-ci il üçün Azərbaycan əhalisinin sayı açıqlandı   – RƏSMİ

DSK məlumat yaydı.

2015-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 103,8 min nəfər və ya 1,1% artaraq ilin dekabr ayının 1-i vəziyyətinə 9 milyon 696,8 min nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK)  bildirilib.

“Əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir.

Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.

2015-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 152,4 min doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib.

Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni  qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2774-ü əkiz, 78-i isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ilin 11 ayı ərzində 50,0 min ölüm halı qeydə alınıb və 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb”, - deyə komitədən qeyd edilib.

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR