200 bal yığan abituriyentlər - Günahkar müəllimlərdir?

200 bal yığan abituriyentlər   - Günahkar müəllimlərdir?

Xəbər verdiyimiz kimi mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

Aktual.az xəbər verir ki, qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 10270 nəfəri 0-199 bal (75.58%) toplayıb.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə AzNews.az-a açıqlamasında orta təhsil müəssisələrində təhsilin səviyyəsinin artırılmasına böyük eytiyac olduğunu qeyd edib: “Bu istiqamətdə ciddi işlər görülməlidir və zənnimcə müəyyən addımlar atılmağa başlanılıb. Lakin bunu daha geniş edərək Azərbaycanın təhsil sistemində ciddi irəlləyiş əldə etməliyik. Müvafiq qanunlar üzrə iş başlamalıdır. Çünki Azərbaycanda orta təhsil, məktəbəqədər təhsil haqqında qanunlar qəbul edilməyib. Təhsilin ümumi bazasının hazırlanması istiqamətində ciddi işlər görülməli, bu prosesdə ictimaiyyət, qeyri-hökumət təşkilatları, müvafiq ekspertlərin iştirakı ilə müzakirələr aparılmalıdır”.

A.Mollazadə deyib ki, əsas məsələ müəllimlərin səviyyəsini artırmaqdır: “Azərbaycanın orta təhsil sisteminin inkişafı ciddi təməllərə əsaslanmalıdır. Buna ehtiyac var. Azərbaycan məktəbləri son illərdə kifayyət qədər inkişaf edib, yeni məktəblər tikilib, köhnə məktəblər isə təmir olunub. Lakin burada başlıca məsələ Azərbaycan müəlliminin səviyyəsinin artırılması, maddi imkanlarının yaxşılaşdırılmasıdır. Bunun üçün islahatlar lazımdır və eyni zamanda bu prosesə cəmiyyət səfərbər olmalıdır”.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR