Tərtər rayon sakininə ağır bədən xəsarəti yetirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Lermontov küçəsində baş verib.
Belə ki, adı hələ istintaqa məlum olmayan şəxs Tərtər rayon sakini, 20 yaşlı Coşqun Bayramzadəyə kürək nahiyəsindən bıçaq xəsarəti yetirib.
C.Bayramzadə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.