Təhsil naziri Mikayıl Cabbarov 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.
Bele ki, tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 06 - 20 yanvar 2016-cı il tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.