20 terrorçu topla dağılan binanın altında qaldı

20 terrorçu topla dağılan binanın altında qaldı

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib.

Aktual.az report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, terrorçu PKK qruplaşması silahlıları Surda qərargah kimi istifadə etdikləri binadan atəş açıblar. Onlara topla cavab atəşi verilib. Nəticədə bina uçub və dağıntı altında qalan 20 terrorçu ölüb. PKK-nın 5 silahlısı isə təslim olub.
Bu rayonda 2015-ci il dekabrın 2-dən başlanılan antiterror əməliyyatı nəticəsində 243 terrorçu məhv edilib, 245 əldəqayırma partlayıcı zərərsizləşdirilib.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR