1996-cı ildən 2016-cı il 1 yanvar tarixinədək respublikamızda 10344 əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Qeyd olunub ki, ötən il 236 müəllifin 703 əsəri qeydiyyatdan keçirilb və əsərin qeydiyyatı haqqında 458 şəhadətnamə verilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3895 manat vəsait ödənilib.
2015-ci ildə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin təmin edilməsi nəticəsində istifadəçi təşkilatlar tərəfindən 102917manat müəllif qonorarı köçürülüb, müəlliflərə köçürmə yolu ilə 56355 manat qonorar ödənilib, büdcəyə vergilər şəklində 15950 manat vəsait köçüülüb.
Görülən tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61 faizdən 30 faizə, audio-video məhsul bazarında 90 faizdən 65 faizə, proqram təminatında 96 faizdən 85 faizə düşüb.