Sabirabad rayonunda 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Əli Rəhim oğlu Quliyev evdə oynayarkən vedrədə qaynadılmış isti su üstünə tökülüb. Ağır yanıq xəsarətləri alan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Xəbər 637 dəfə oxunub.