Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın tutulub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, tutulan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır.
Lakin o, heç bir cinayət törətmədiyini bildirib.
G.Şirəliyeva deyib ki, evdən çıxıb mağazaya gedərkən saxlanılıb.
İstintaqın versiyasına görə, G.Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlıYananı oğurlayıb və qəddarcasına öldürüb.