Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb.
Aktual.az AzNews.az-a istinadən xəbər veir ki, bu barədə IWF-nin rəsmi saytında məlumat yayılıb.
Orqanizmindən istifadəsi qadağan olunan preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayevin də adı var.
N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.
Bu onun 2008-ci ildə çıxış etdiyi yay olimpiya oyunlarının doppinq-test araşdırmasının nəticəsidir.