Türkiyədə iki nəfərin AH1N1 (donuz qripi) virusundan öldüyü təsdiqlənib.
Aktual.az apa-ya istinadən xəbər verir ki,Türkiyənin Səhiyyə Nazirliyi Adanada 2 nəfərin “donuz qripi”ndən həyatını itirdiklərini açıqlayıb.
Qeyd edək ki, yanvarın 2-də Adanada AH1N1 (donuz qripi) şübhəsi ilə müalicə alan bir Türkiyə vətəndaşının və iki nəfər Suriya vətəndaşının vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Aktual.az