2 gəmi eyni anda batdı, 21 adam öldü -Yunanıstanda

2 gəmi eyni anda batdı, 21 adam öldü  -Yunanıstanda
  • DÜNYA

Egey dənizinin Yunanıstan sahillərinə yaxın ərazidə mühacirlərin olduğu iki gəminin batması nəticəsində azı 21 qaçqın boğularaq ölüb.


Aktual.az Report-a istinadən bildirir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, göyərtəsində 48 sərnişin olan gəmi Farmakonisi adası yaxınlığında batıb. Kalolimnos adası yaxınlığında qəzaya uğrayan digər gəmidəki sərnişinlərin sayı məlum deyil.

Xəbərə əsasən, Yunanıstan Sahil-Mühafizə Xidmətinin əməkdaşları 26 mühaciri xilas ediblər.

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR