Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid İsmayıloğlu ilə Azərbaycan dilinin qorunması, tarixi, bugünkü vəziyyəti haqqında söhbət.
“Azərbaycan dili ölkəmizin siyasi, ictimai, elmi və mədəni həyatı ilə qırılmaz şəkildə bağlıdır, bu sahələrin inkişafını birbaşa təmin edir.”
“Hər bir xalqın mədəni irsinin, milli dəyərlərinin əsasını onun doğma dili təşkil edir. Azərbaycan xalqının da mədəni-milli irsinin əsası Azərbaycan dilidir. Azərbaycan dili ümummilli dəyərlərimizin əsas faktorlarındandır. Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır.”