Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib.
Aktual.az xəbər verir ki, körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil.
Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.
Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Xəbər 185 dəfə oxunub.