Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.
Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
"Səhiyyə Nazirliyinin "Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə, 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, - deyə nazirlikdən bildirilib. (apa)
Aktual.az
Xəbər 494 dəfə oxunub.