Şəmkirdə dərman zəhərlənməsi olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, rayonun Əliyaqublu kənd sakini, 1998-ci il təvəllüdlü Kazımova Həlimə Adil qızı zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona naməlum etiologiyalı dərman zəhərlənməsi diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
H. Kazımovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Aktual.az
Xəbər 553 dəfə oxunub.