18 yaşlı qız: "Gecə dəniz kənarında mənə təcavüz etmək istədi"

18 yaşlı qız:

Bakıda tanışı tərəfindən zorakılığa məruz qalan qız polisə müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Abşeron rayon sakini 1997-ci il təvəllüdlü S.Y 102 xidmətinə zəng edərək bir neçə gün öncə başına gələn hadisə barədə məlumat verib:

“Avqustun 29-da gecə tanışım Mədətlə dəniz qırağına getdik. Goradil bağlarında dəniz kənarında Mədət məni zorlamaq istədi, müqavimət göstərdim”.

Müəyyən edilib ki, 23 yaşlı M.Mədət də Abşeron rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

/ Aktual.az

Xəbər 2205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR