170 milyonu mənimsəyən iş adamının həbs müddəti uzadıldı

170 milyonu mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb.

Qeyd edək ki, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun həbs müddəti sonuncu dəfə ötən il noyabrın 19-da 3 ay artırılmışdı.

Xatırladaq ki, Erhan Cavad Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR