Ağcabədi rayonunda intihar hadisəsi qeydə alınıb.
Aktual.az bildirir ki, rayon prokurorluğundan report-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü Ülkər Quliyeva özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.