Şəkidə 17 yaşlı gənci ilan sancıb.
Aktual.az Kanal S (Region TV)-yə xəbər verir ki, hadisə rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb.
Kənd sakini Fərman Mustafayev yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol əlindən sancıb. Xəstəxanaya çatdırılan Fərman Mustafayevə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
Vəziyyəti yaxşılaşdıqdan sonra evə buraxılıb.