163 saylı məktəbin komandası AFFA turnirinin qalibi olub Foto

163 saylı məktəbin komandası AFFA turnirinin qalibi olub  Foto

«Bayıl» stadionunda futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin 9-cu siniflər üzrə final oyunu keçirilib.

Aktual.az-ın məlumatına görə, gərgin keçən final oyununda Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası Şəki şəhər 7 nömrəli orta məktəbin kollektivinə 10:0 hesabı ilə qalib gəlib.  

Qalib komandaya mükafatları AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, marketinq və reklamlar şöbəsinin müdiri Cavid Qarayev təqdim ediblər. 

Qeyd etmək lazımdır ki, 163 nömrəli orta məktəbin futbol komandası bu turnirin müxəlif yaş kateqoriyaları üzrə keçirilən turnirlərinin fəal iştirakçısıdır və dəfələrlə qalib və mükafatçılar sırasında olmuşlar.

Aktual.az

Xəbər 1322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR