Azərbaycanda 16 yaşlı qız intihar edib.
Aktual.az anspress-ə istinadən xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, Bayat kəndi ərazisində yerləşən fermada yaşayan 2000-ci il təvəllüdlü Aytac Əhmədağa qızı Qasımova özünü ov tüfəngi ilə vuraraq intihar edib. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır. 16 yaşlı qızın canına qəsd etməsinin səbəbləri hələlik bilinmir.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bir müddət əvvəl də Salyan rayonunda fermada intihar hadisəsi baş verib. İmişli rayon sakini 1986-cı il təvəllüdlü Təbəssüm Tahir oğlu Cəfərov özünü Dağüstü kəndi ərazisində işlədiyi fermada güllələyib. Odlu silahdan açdığı atəş nəticəsində ağır bədən xəsarəti alan 30 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Hadisəyə ilkin ehtimal kimi, onun işlədiyi fermadan məvacibini ala bilməməsi göstərilirdi. Bildirilirdi ki, Təbəssüm Cəfərov fermanın sahibindən onun maaşını verməsini istəyib. Ferma müdiri isə hələlik pulunun olmadığını, bir az səbr etməsini bildirib.