Bakıda dəhşətli intihar hadisəsi baş verib.
2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb. Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.
Dünən A.Qəniyeva 15 yaşını tamam edib. Onun niyə məhz doğum günündə həyatına son qoyması məlum deyil. A.Qəniyeva orta məktəbin 10-cu sinif şagirdi olub. //Lent.az