Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi - TƏFƏRRÜAT

Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi  - TƏFƏRRÜAT

Lənkəranda baş vermiş faciəvi hadisənin təfərrüatı məlum olub. 
 
Lent.az-ın əldə etdiyi məlumata görə, dünən gecə saatlarında Lənkəran rayonunun Liman şəhərinin sakini, 15 yaşlı Heydər Axundovun meyiti yaşadığı evdən bir qədər kənarda dəniz sahilində tapılıb. Məlum olub ki, o, ov tüfəngindən açılmış atəş nəticəsində vəfat edib.
 
Ailə üzvlərinin bildirdiyinə görə, 15 yaşlı Heydər dünən gündüz saat 11 radələrində ova getmək məqsədi ilə evdən çıxıb. Bir çox liman şəhər sakinləri kimi o da qaşqaldaq ovlamaq üçün dəniz sahilinə gedib. Axşam hava qaralanda valideynləri narahat olmağa başlayıb və onu axtarmağa çıxıblar. Bir neçə saat davam edən axtarışlardan sonra H.Axundovun dəniz sahilində, suyun dayaz hissəsində öldüyü məlum olub.
 
İlkin araşdırma zamanı məlum olub ki, 15 yaşlı oğlan tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və ayaq nahiyəsindən xəsarət alıb. O, köynəyini çıxararaq ayağını sarımağa, qanaxmanın qarşısını almağa çalışıb. Lakin bir qədər qan itirən oğlan huşunu itirib və suya yıxılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

****
Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR