15 yaşlı məktəbli avtomobil qəzasının qurbanı olub Ucarda

15 yaşlı məktəbli avtomobil qəzasının qurbanı olub  Ucarda

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi "57 BA 154" dövlət nömrə nişanlı yük maşını ilə vurulub. 

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. 

Aktual.az

Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR