ABŞ-ın sərhəd xidməti Dominikan Respublikası sahillərində 1,5 tonluq kokain partiyasını müsadirə edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, külli miqdarda narkotik maddə daşıyan gəmi San-Pedro-de-Makoris şəhərindən 70 km aralıda saxlanılıb.
Məlumata əsasən, müsadirə olunan narkotik maddənin "qara bazarda" qiyməti 36 mln. dollar təşkil edir.
Gəminin göyərtəsində olan 4 Venesuela və Dominikan Respublikası vətəndaşı həbs olunub.