"Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında" sərəncam imzalanıb.
Aktual.az Qafqazinfo-ya istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu sərəncama əsasən qeyri-neft ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq:
"Artıq prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib.
Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur.
Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq".
Həmçinin, Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə bir il yarım ərzində icra olunmalıdır və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır:
"İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqbət qabiliyyəti artmalıdır.
Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq".