15-dən çox ölkə neft hasilatını "dondurur"

15-dən çox ölkə neft hasilatını

15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib.

Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

"Əslində, bu günə olan məlumata əsasən, 15 ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razılığını bildirib. Lakin bu bəyanatların təsdiqlənməsi üçün nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiq etmək lazımdır", - nazir vurğulayıb.

Novak əlavə edib ki, hətta İran bu razılaşmaya qoşulmasa belə, neft hasilatının dondurulması öz effektini göstərəcək. Bunula belə, nazir qeyd edib ki, "qara qızıl"ın qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq.

Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR