142 kiloqramlıq ştanq amerikalı idmançının həyatına son qoydu

142 kiloqramlıq ştanq amerikalı idmançının həyatına son qoydu
  • DÜNYA

22 yaşlı amerikalı idmançı Kayl Tomson 142 kiloqramlıq ştanqın altında qalaraq dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, dekabrın 29-da, Associated Press nəşri məlumat verir.

Bədbəxt hadisə Ayova ştatının Ankeni şəhərində yerli idman zallarının birində baş verib. Tomson uzanaraq sinə əzələlərini məşq etdirmək istəyərkən ştanq əlindən çıxıb və boynuna düşüb. O Ankenidən 16 kilometr aralıda yerləşən De-Moyn şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, məşq zamanı Tomsonu bir neçə nəfər sığorta edirdi. 
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR