14 yaşlı qohumu Bakı şəhər sakininin evindən külli miqdarda qızıl oğurlayıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.