14 yaşlı uşağı oğurlayıb, 20 min tələb etdilər - Bakıda

14 yaşlı uşağı oğurlayıb, 20 min tələb etdilər   - Bakıda

Mayın 30-da Kürdəmir rayon sakini 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anasından 20.000 manat pul istəyib. 

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, 14 yaşlı Cəfər Qasımovu oğurlayan Sənan Qasımzadə qaytarılması müqabilində uşağın anası Afətdən 20.000 manat pul istəyib və polisə məlumat verməməsini tələb edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib. Qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.

C.Qasımov ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır. 

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR