Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.
"Report”un Aran bürosu xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az Xəbər 429 dəfə oxunub.