14 yaşlı oğlanı öldürən və bacısını yaralayan şəxs 20 il cəza alıb - (FOTO)

14 yaşlı oğlanı öldürən və bacısını yaralayan şəxs 20 il cəza alıb - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Fidani İsmayılovun CM-nin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il avqustun 21-i axşam saat 22 radələrində Bnəqədi qəsəbəsində Fidani İsmayılov Anar Məmmədovu (2002-ci il təv.) və onun bacısı Əfsanəni (1989-cu il təv.) bıçaqla yaralayaraq, hadisə yerindən qaçıb. Lakin həmin gecə Binəqədi RPİ 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verililib. Yaralanan bacı-qardaş xəstəxanaya çatdırılsalar da, Anar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 

Tutulan şəxs dindirilərkən hadisənin şokunda olduğunu bildirib. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət əvvəl tanış olub, daha sonra qadın ona birgə yaşamağı təklif edib. Ailəli olmasına baxmayaraq, Fidani bu təklifi qəbul edib. Hadisə baş verən gün isə Əfsanə Fidaniyə xəbər etmədən qardaşı Anarla dənizə gedib : "Mən onun xəbərsiz harasa getməsindən əsəbləşdim, yanında oğlan gördükdə düşündüm ki, Əfsanənin yeni tanışıdır. Ona görə də bıçağı çıxardıb, onlara xəsarətlər yetirdim". 

Araşdırma zamanı məlum olub ki, Fidani İsmayılov ailəlidir və himayəsində iki azyaşlı övladı var. 

Məhkəmə prosesində F.İsmayılov ittiham üzrə özünü təqsirli hesab edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
Aktual.az
 




Xəbər 788 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR