14 min manatlıq cinayətin üstü açıldı

14 min manatlıq cinayətin üstü açıldı

Masazır qəsəbəsində törədilmiş oğurluğun üstü açılıb.
Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bağır İbrahimovun Masazır qəsəbəsindəki evindən 3500 manat və 10000 manat dəyərində qızıl əşyalar oğurlamış qəsəbə sakini Həsənalı Əliyev və Culfa rayon sakini Elşən İbrahimli tutulub.

Araşdırma davam etdirilir.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR