Bakıda itkin düşmüş Salyan sakini tapılıb.
İyunun 4-də evdən çıxaraq bacısına Bakıya getdiyini deyən 50 yaşlı Salyan şəhər sakini, 2-ci qrup əlil, ruhi xəstəliyi olan Xudaverdiyev Əbülfəz Qabil oğlu bu gün tapılıb.
Aktual.az bildirir ki, onun bacısı Ədibənin virtualaz.org-a verdiyi məlumata görə, qardaşı bu gün evlərinə zəng vuraraq Bakı şəhərində olduğunu və sabah evə qayıdacağını deyib.
Xəstə olduğu üçün nitq qusuru olan Əbülfəz bacısına bildirib ki, o, ötən müddət ərzində Xətai rayonundakı müvəqqəti sığınacaqda məcburi olaraq yerləşdirilibmiş.