14 erməni qulağı gətirmiş qəhrəman Aktual.az-a danışdı

14 erməni qulağı gətirmiş qəhrəman   Aktual.az-a danışdı

Müqabil Novruzov: “Kaş bütün həkimlər onun kimi vicdanlı olaydı”
 
 
Azərbaycanın tanınmış uroloqlarından olan, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, Dr. Araz Bayramov Qarabağ uğrunda döyüşlərdə ağır yaralanmış,  14 erməni qulağı gətirərək, tarixə adını  qəhrəman kimi yazmış Müqabil Polad oğlu Novruzovu öz hesabına əməliyyat edib.
 
 
Bununla bağlı Aktual.az-a danışan Müqabil Novruzov bildirib ki, sol böyrəyin mərcanvari daşından əziyyət çəkirmiş:
 
 
“Bir neçə il idi ki, kəskin böyrək ağrılarından əziyyət çəkirdim. Qohumlardan biri mənə Dr. Araz Bayramova müraciət etməyi tövsiyyə etdi. Dedi ki, Araz doktor çox yaxşı insandır. Maddi imkanım yox idi. Ağrılar da mənə imkan vermirdi. Araz doktorun yanına getdim. O, biləndə ki, mən Qarabağda döyüşmüşəm və 14 erməni qulağı gətirmişəm, dərhal məni öz hesabına əməliyyat edəcəyini söylədi. Araz Bayramov heç bir ağrı, kəsik, stress olmadan yarım saata məni əməliyyat etdi. Araz doktor məni illərdir əziyyət çəkdiyim problemdən qurtardı, hazırda özümü çox gümrah hiss edirəm. Kaş bütün həkimlər Araz Bayramov kimi vicdanlı, nəcib, öz peşəsinə və vətəninə bağlı olaydı. Mən bir daha onun timsalında ölkəmiz uğrunda döyşdüyümə görə, bir daha fəxr etdim”.
 
 
Xatırladaq ki, uzman Dr. Araz Bayramov Fransada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında çalışıb.
 
 
Hazırda ABŞ-ın dünyaca məşhur “American” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir. MTN-nin Hospitalı və “Baku Clininc”də xəstələri qəbul edir. 
 
 
Azər Niftiyev, Aktual.az
Xəbər 14585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR