14 azərbaycanlı İŞİD-çi barədə - AÇIQLAMA

14 azərbaycanlı İŞİD-çi barədə   - AÇIQLAMA

“Hazırda müraciətin cavablandırılmasını gözləyirik”.

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda həbs olunduğu deyilən 14 Azərbaycan vətəndaşı ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərilib.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən BBC Azərbaycan-a bildiriblər.

Səfirlikdən deyiblər ki, Azərbaycan Daxili İşlər Naziriliyinin Türkiyədəki nümayəndəsi bəhsi keçən şəxslərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün müvafiq strukturlara müraciət edib.

“Hazırda səfirlik bu müraciətin cavablandırılmasını gözləyir”, - səfirliyin nümayəndəsi bildirib.

İŞİD qruplaşmaşına qoşulmaq üçün Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan gələn 38 nəfər təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda yaxalanıblar.

Yaxalananlardan 15 nəfəri uşaq, 10-u qadındır, Türkiyə mətbuatı yazıb.

Məlumatlara əsasən, saxlanılan şəxslər arasında 14 nəfəri Azərbaycan vətəndaşıdır. Əməliyyat zamanı yaxalanmış şəxslər tibbi nəzarətdən keçirildikdən sonra öz ölkələrinə deportasiya ediliblər, məlumatda deyilir.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İŞİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.

Aktual.az 

Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR