Keçən ilin iyunun 1-dən bu ilin sentyabr ayının sonuna qədər nikaha daxil olmaq istəyən 197 554 nəfər icbari tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyindən Aktual.az-a verilən məlumata görə, yalnız cari ilin sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib. 1 iyun 2015-ci il – 30 sentyabr 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Müayinədən keçən 9 131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkarlanıb.