132 müvəqqəti seçki məntəqəsi yaradıldı

132 müvəqqəti seçki məntəqəsi yaradıldı

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Daimi fəaliyyət göstərən 5415 seçki məntəqəsinin və 132 müvəqqəti seçki məntəqəsinin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, müvəqqəti seçki məntəqələri seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır və ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Məsələn, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müvəqqəti seçki məntəqələri yaradıla bilər. Seçki Məcəlləsinə əsasən, müvəqqəti seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR