13 yaşlı qız 3600 qramlıq oğlan dünyaya gətirib - TƏBİB

13 yaşlı qız 3600 qramlıq oğlan dünyaya gətirib - TƏBİB

TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.
 
Qurumdan Aktual.az-a bildirilib ki, sentyabrın 6-ı, saat 13:30 radələrində Sabunçu rayonunda, ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
 
"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub”, - məlumatda deyilir.
 
Hazırda ana və uşağın vəziyyətinin stabil olduğu, tibb müəssisəsində müalicələrinin davam etdirildiyi vurğulanıb: "Uşağın çəkisi 3600 qramdır”.
 
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR